İbrahim Kalın İsrailin ilhaq planına münasibәt bildirib

Türkiyә President Aparatının sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyә fәlәstinlilәrin İsrailin ilhaq planına qarşı milli hәmrәylik ruhuyla hәrәkәt etmәklә bağlı qәrarını dәstәklәyir.

1448195

İbrahim Kalın verdiyi yazılı bәyanatda İsrailin Fәlәstin torpaqlarını ilhaq etmәklә bağlı planına münasibәt bildirib

Prezident Aparatının sözçüsü qeyd edib ki, Türkiyә fәlәstinlilәrin İsrailin ilhaq planına qarşı milli hәmrәylik ruhuyla hәrәkәt etmәklә bağlı  qәrarını dәstәklәyir. İnanırıq ki, Fәlәstin xalqının ilhaq planına qarşı nümayiş etdirdiyi milli hәmrәylik lazımi birlik vә bәrabәrlik  ruhunun davamlı olmasını tәmin edәcәk. İsrailin beynәlxalq hüquq normalarına zidd olan ilhaq planı vә işğal cәhdlәrinin qeyri-qanuni olduğunu bir daha vurğulayırıq. Beynәlxaql ictimaiyyәt bu qeyri-qanuni cәhdlәrә әn sәrt şәkildә reaksiya göstәrmәlidir vә İsrailin işğal vә ilhaq siyasәtinә qarşı Fәlәstin xalqını qorumalıdır. Türkiyә Fәlәstin xalqının yanında olmağa davam edәcәk.

Әlaqәli Xәbәrlәr