Türkiyә prezidenti Qәtәrә sәfәr edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün Qәtәrә işgüzar sәfәr edib.

1447217
Türkiyә prezidenti Qәtәrә sәfәr edib
エルドアン大統領、カタール訪問
エルドアン大統領、カタール訪問
エルドアン大統領、カタール訪問

Prezident Rәcәb Tayyib Әrdoğan Qәtәrin paytaxtı Dohaya gedib.

Әrdoğanı Dohanın Qәdim Beynәlxalq Hava Limanında bu öölkәnin müdafiә naziri Xalid bin Mәhәmmәd Attiyah ilә Türk vә Qәtәrli digәr sәlahiyyәtilәr qarşılayıb.

Bu barәdә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, president Әrdoğan  sәfәr çәrçivәsindә Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әl Sani ilә görüşәcәk.

Görüşdә iki ölkә arasındakı münasibәtlәrin bütün aspektlәrinin müzakirә edilmәsi gözlәnilir. Görüşdә hәmçinin regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması da nәzәrdә tutulur.

Qeyd edәk ki, bu, Türkiyә prezidentinin koronavirus pandemiyasından sonra ilk xarici sәfәridir.

Ərdoğanı səfərində xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar,  Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun, Prezident Aparatının sözçüsü İbrahim Kalin və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan müşayiət edir.



Әlaqәli Xәbәrlәr