Türkiyә ABŞ-ın Aya Sofya ilә bağlı açıqlamasına reaksiya göstәrib

Türkiyә Amerika Birlәşmiş Ştatlarının Aya Sofyanın statusu ilә bağlı açıqlamasına reaksiya göstәrib.

1447390
Türkiyә ABŞ-ın Aya Sofya ilә bağlı açıqlamasına reaksiya göstәrib

 

Türkiyә  Amerika Birlәşmiş Ştatlarının Aya Sofyanın statusu ilә bağlı açıqlamasına reaksiya göstәrib.

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Amerika Birlәşmiş Ştatlarının Aya Sofya ilә bağlı açıqlamasına münasibәt bildirib.

‘‘Amerika Birlәşmi Ştatlarının Dövlәt Departamentinin  Aya Sofya ilә bağlı açıqlaması bizi heyrәtlәndirib’’,-deyә  Hami Aksoy vurğulayıb.

Aksoy Türkiyәnin mәdәniyyәt vә tarixindәn irәli gәlәn tolerantlıq әnәnәlәri çәrçivәsindә Aya Sofya daxil olmaqla ayrı-seçkilik etmәdәn sahib olduğu bütün mәdәni sәrvәtlәri hәssas şәkildә qoruduğunu vurğulayıb.

Xarici İşlәr Nazirliyinin sözçüsü deyib ki, Aya Sofyanın tarixi, mәdәni vә mәnәvi dәyәrini hәssaslıqla yaşadırıq.

Hami Aksoy hәmçinin  vurğulayıb ki, Aya Sofya Türkiyә torpaqlarında yerlәşәn bütün mәdәni abidәlәr kimi Türkiyәnin mülküdür.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo Türkiyәyә Aya Sofyanın musey statusunun davam etdirilmәsi ilә әlaqәdar çağırış etmişdi.



Әlaqәli Xәbәrlәr