Terrorla mübarizə davam edir

Suriyadakı "Sülh çeşməsi" bölgəsində terror təşkilatı PKK/YPG üzvü 2 terrorçu zərərsizləşdirilib.

1447559
Terrorla mübarizə davam edir

Suriyadakı "Sülh çeşməsi" bölgəsində terror təşkilatı PKK/YPG üzvü 2 terrorçu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında "Terror təşkilatı PKK/YPG-nin "Sülh çeşməsi" bölgəsində sülh və təhlükəsizlik mühitini korlamağına imkan verməyəcəyik. Bölgədə hər cür tədbir görən qəhrəman komandalarımız (xüsusi təlim keçmiş hərbçi) terrorçuların daha bir sızma cəhdinin qarşısını aldı və 2 PKK/YPG terrorçusunu zərərsizləşdirdi" ifadəsi yer alıb.

Milli Müdafi Nazirliyi İraqın şimalındakı Hakurk bölgəsində də terror təşkilatı PKK-dan daha 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Nazirliyin başqa bir açıqlamasında isə, Suriyadakı "Zeytun budağı" bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq məqsədi ilə terror fəaliyyətlərini həyata keçirdikləri aşkarlanan 6 PKK/YPG terrorçusu xain məqsədlərini həyata keçirmədən həbs edildi" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr