Türkiyә, Rusiya vә İran liderlәri Suriyadakı son vәziyyәti müzakirә edәcәklәr

Türkiyә, Rusiya vә İran liderlәrinin videokonfrans vasitәsilә bir araya gәlәcәyi Astana sammiti bu gün keçirilәcәk.

1446434
Türkiyә, Rusiya vә İran liderlәri Suriyadakı son vәziyyәti müzakirә edәcәklәr

 

Türkiyә, Rusiya vә İran liderlәrinin videokonfrans vasitәsilә bir araya gәlәcәyi Astana sammiti bu gün keçirilәcәk.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan, Rusiya prezidenti Vladimir Putin vә İran prezidenti Hәsәn Ruhani iclasda Suriyadakı son vәziyyәti qiymәtlәndirәcәklәr.

Qeyd edәk ki, Әrdoğan, Putin vә Ruhani әn son Ankarada keçirilәn iclasda bir araya gәlmişdilәr. Keçәn ilin sentyabr ayında baş tutan iclasdan sonra növbәti zirvә görüşünün mart ayının әvvәlindә Tehranda keçirilmәsi planlaşdırılmışdı. Ancaq yeni növ koronavirus epidemiyası zirvә görüşünün İranda keçirilmәsinә imkan vermәdi.

Epidemiya ilә mübarizә davam etdiyi üçün görüşün videokonfrans formatında keçirilmәsi mәsәlәsi gündәmә gәldi. Liderlәr Suriyadakı siyasi prosesi qiymәtlәndirәcәk vә Konstitusiya Komitәsinin fәaliyyәtlәrini müzakirә edәcәklәr. Zirvә görüşündә hәmçinin İdlib vә Fәrat çayının şәrqindәki vәziyyәt dә qiymәtlәndirilәcәk.



Әlaqәli Xәbәrlәr