Türkiyə İraqa tibbi ləvazimat göndərdi

Türkiyə yeni növ koronavirusla (Covid-19) mübarizə aparan İraqa tibbi ləvazimat göndərib.

1445876
Türkiyə İraqa tibbi ləvazimat göndərdi

Türkiyə yeni növ koronavirusla (Covid-19) mübarizə aparan İraqa tibbi ləvazimat göndərib.
Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız (Covid-19) pandemiyanın İraqa mənfi olaraq təsir etdiyinə diqqət çəkərək, "Ölkədəki yoluxma halların sayının artarkən, səhiyyə sistemində çətinliklər olduğu, vətəndaşlar və xəstəxanalar bəzi əsas materialları əldə etməkdə çətinlik çəkir" deyib.
Ölkədə pisləşməkdə davam edən vəziyyət qarşısında İraq səhiyyə və ekologiya naziri başda olmaqla iraqlı səlahiyyətlilər və Türkiyə ilə əlaqədə olan icmaların Türkiyədən Bağdad Səfirliyinin vasitəsilə yardım istədiyini bildirən Yıldız deyib:
"Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi, qonşumuz, dostumuz və qardaşımız İraqın çətin günlərində yayında olduğumuzu göstərməyimizin lazım olduğunu və bu çərçivədə İraqın Səhiyyə və Ətraf Mühit Nazirliyinin ehtiyacları ilə yanaşı, həm də Türkiyə ilə emosional və tarixi əlaqələri olan Vasıt (Kut) vilayətilə İraqda Türkmənlərin basırıq yaşadığı Kərkük və Mosulun da istəklərini yerinə yetirmək üçün də təlimatlar verdi". Qeyd edək ki, İraqda "Covid-19" epidemiyası son vaxtlar narahatlıq doğuran səviyyəyə çıxıb. Ölkə daxilində bu günə qədər "Covid-19"dan 839 nəfər həyatını itirib, virusa tutulanların sayı isə 47 151-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr