Mövlud Çavuşoğlu Fransanın Hafteri dəstəkləməsinə münasibət bildirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO müttəfiqi Fransanın Rusiyanın Liviyadakı mövcudluğunu gücləndirmək üçün üçün səy göstərdiyini söyləyib.

1446345
Mövlud Çavuşoğlu Fransanın Hafteri dəstəkləməsinə münasibət bildirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO müttəfiqi Fransanın Rusiyanın Liviyadakı mövcudluğunu gücləndirmək üçün səy göstərdiyini söyləyib.
Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə birgə təşkil edilən mətbuat konfransında Liviya mövzusundakı suala cavabən deyib:
"Bu prosesin əvvəlindən bəri Türkiyə Liviyada sülh əldə edilməsinə dəstək verir. Biz siyasi prosesə ən çox töhfə verən ölkəyik".
"Biz legitimliyi olan rəhbərliklə əməkdaşlıq edirik" ifadəsindən istifadə edən Çavuşoğlu "Dünya bilir ki, bu əməkdaşlıq sayəsində tarazlığa nail olduq və Tripolidə müharibənin küçə toqquşmasına çevrilməsinin qarşısını aldıq" deyib.
Türkiyəni tənqid edən Fransanın "pirat iqtidarı", yəni Hafteri dəstəklədiyini vurğulayan Çavuşoğlu bunu da deyib ki, Fransa dürüst davranır? Xeyr. Amma bütün həqiqətlər ara yerdədir, hesabatlar da eləcə. Silahların pulunu Əbu-Dabi verir, amma bunu verən Fransadır. NATO Rusiyanı təhdid olaraq görür. Lakin Fransa Rusiyanın oradakı gücünü artırmaq üçün cəhd göstərir. Makronun idarə etdiyi yaxud edə bilmədiyi Fransa dağıdıcı anlayışla sadəcə öz maraqları və istəkləri üçün mövcudluğunu davam etdirir. Əslində tənqid edilməsi lazım gələn Fransa və Makronun yanaşmaları olmalıdır.  Əvvəl dürüst olsunlar, ondan sonra Türkiyəni tənqid etsinlər. Türkiyəyə bu tərz hücum etməyin daxili siyasətdə də heç bir xeyri yoxdur, bundan dərs götürəcəyinə ümid edirəm".



Әlaqәli Xәbәrlәr