Mövlud Çavuşoğlu IV Brüssel konfransında iştirak edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı vә Birlәşmiş Millәtlәr Tәşkilatının hәmsәdrliyi ilә ‘‘Suriya vә Bölgәnin Gәlәcәyinin Dәstәklәnmәsi’’ başlığı altında keçirilәcәk IV Brüssel konfransına qatılacaq.

1445578

Nazirlikdәn verilәn açıqlamaya görә, Mövlud Çavuşoğlunun qatılacağı  IV Brüssel konfransının xarici işlәr nazirlәri sәviyyәsindәki iclası sabah videokonfrans formatında baş tutacaq.

‘‘Konfransda Suriya böhranının siyasi yolla hәll edilmәsi üçün göstәrilәn sәylәrә dәstәk verilmәsi vә Suriyadakı humanitar vәziyyәtin müzakirә edilmәsi gözlәnilir’’: deyә Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Açıqlamada hәmçinin qeyd olunub ki,  beynәlxalq ictimaiyyәt yeni növ koronavirus epidemiyası dövründә suriyalılara ev sahibliyi edәn ölkәlәrә olan dәstәyini artırmalıdır.

Әlaqәli Xәbәrlәr