Türkiyə ABŞ-ın 2020-ci il İnsan Ticarəti Hesabatına reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1444805
Türkiyə ABŞ-ın 2020-ci il İnsan Ticarəti Hesabatına reaksiya verdi

 

  Türkiyə Amerika Birləşmiş Ştatlarının 2020-ci il İnsan Ticarəti Hesabatına reaksiya verdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Haqqında danışılan hesabatda insan ticarətiylə mübarizə apardığı təsdiq edilən Türkiyənin, buna baxmayaraq, siyahıda üst kateqoriyaya çıxarılmaması təəssüf doğurur.

  Türkiyə 4 milyona yaxın yerindən-yurdundan edilmiş adama ev sahibliyi edir və bölgədə yaşanan sabitliksiz üzündən hər il daha çox köç yükü qəbul etməyə məcbur olur. Üstəlik, Türkiyə həm də insan ticarətiylə qərarlı şəkildə mübarizə aparır. Bu çərçivədə Türkiyə bağladığı müqavilələr və əlaqədar qanunlara uyğun olaraq zərər çəkmişləri təsbit etməyə, qorumağa, cinayətkarları məhkəməyə çıxarmağa vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla birlikdə əməkdaşlıq şəraitində davam etməkdədir.

  Hesabatda PKK/YPG-nin uşaq qaçırmaqla törətdiyi cinayətlər onların bir daha terror təşkilatı olduğunu açıqca ortaya qoyur. Ona görə də artıq ABŞ bu təşkilatların terrorçu olduqlarını qəbul etməlidir. PKK tərəfindən zorla qaçırılan uşaqları üçün Diyarbəkirdə 303 gün aksiya keçirən 140 ailədən 13-ünün övladlarına qovuşmasına yer verilməməsi hesabatın kafi olmaması deməkdir.

  Türkiyə insan ticarəti cinayətkarlarının cəzalandırılması və zərər çəkmişlərinin qorunması üçün hər cür səyi göstərməyə və beynəlxalq əməkdaşlığı davam etdirməyə qərarlıdır."



Әlaqәli Xәbәrlәr