Türkiyə ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatına reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Dövlət Katibliyinin 2019-cu il Terrorizm Hesabatı ilə əlaqədar Nazirliyə verilən bir suala yazılı cavab verib.

1443657
Türkiyə ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatına reaksiya verdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının Terrorizm 2019 Ölkələr Hesabatına reaksiya verdi.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Dövlət Katibliyinin 2019-cu il Terrorizm Hesabatı ilə əlaqədar Nazirliyə verilən bir suala yazılı cavab verib.
Hesabatda Türkiyənin terror təşkilatı DEAŞ-la mübarizəsinin və xarici terrorçuların aktlarının qarşısını alma səylərinin əks etdirildiyini bildirən Aksoy, terror təşkilatı PKK-nın həm ölkə daxilində, həm də xaricində Türkiyənin maraqlarına yönəldilmiş terror hücumlarının davam etdiyinin vurğulandığına diqqət çəkib. 
Hami Aksoy Türkiyənin təhlükəsizlik qüvvələrinin  DEAŞ-la qarşı-qarşıya mübarizə aparan yegane ölkə olduğunu dilə gətirərək deyib:
"Bundan əlavə, Türkiyə xarici terrorçuların hərəkətinin qarşısını almaq vəzifələrini yerinə yetirərək, beynəlxalq birliyin təhlükəsizliyinə əhəmiyyətli bir töhfə verir. Digər tərəfdən, Türkiyə terror təşkilatlarına qarşı mübarizədə sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlarda dinc sakinlərin həyatını itirməməsi üçün hər zaman ən vacib tədbirləri görür". 
Sözçü Aksoy bundan başqa bildirib ki, hesabatda Türkiyənin YPG-ni PKK-nın Suriyadakı qolu olaraq qiymətləndirdiyi vurğulanıb. Bu yanaşma YPG-nin  PKK ilə eyni terror təşkilatı olduğunun üzərinin örtülməsi mənasını daşıyır. Bundan əlavə ABŞ-ın bu terror təşkilatı ilə əməkdaşlığını təsdiqləyir. Digər tərəfdən, PKK ilə YPG-nin eyni təşkilat olduğuna dair ABŞ-lı dairələrin, əsgərlərin və qurumların açıqlamaları da göz qabağındadır. ABŞ-ın bir terror təşkilatı ilə mübarizə apararkən, başqa bir terror təşkilatı ilə əməkdaşlıq etməsinin düzgün olmadığı artıq başa düşməlidir.
Hesabatda Fetullahçı Terror Təşkilatının (FETÖ) terror təşkilatı xüsusiyyətinin əvvəlki illərdə olduğu kimi sual edildiyinə və Türkiyənin FETÖ ilə mübarizədə gördüyü tədbirlərin tənqid edildiyinə toxunan Aksoy "Bu, 15 iyul xain çevriliş cəhdinə məhəl qoymayan ABŞ-ın mövqeyinin hələ də davam etdiyini sübut edir. Xain terror təşkilatı ilə bağlı bütün dəlillər yenə də gözdən yayındırıldı" ifadəsini işlədib. 
Bu yanaşmanın 251 günahsız vətəndaşın şəhid edildiyi 15 iyul xain çevriliş cəhdinin arxasında FETÖ-yə qarşı Türkiyənin apardığı mübarizəsinin başa düşülmək 
istənmədiyini ortaya qoyduğunu göstərdiyini vurğulayan Aksoy "Hesabatda qeyd olunan tədbirlər Türkiyə tərəfindən FETÖ ilə mübarizədə hüquq əsasında görülmüş tədbirlərdir" deyib.



Әlaqәli Xәbәrlәr