Prezident Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiy ilə telefonla danışıb

1442734
Prezident Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiy ilə telefonla danışıb.
Prezident Aparatı Məbuat Xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər ilə yeni növ koronavirusla mübarizədə (Covid-19) əməkdaşlıq edilə biləcək mövzular müzakirə edildi.

Digər tərəfdən,  Ukrayna prezidenti Zelenski "Twitter" səhifəsində yer alan açıqlamasında ölkəsi ilə Türkiyə arasında təyyarə səfərlərinin bəzilərinin 1 iyul tarixindən bərpa ediləcəyini bildirərək, "Bunun turizm sektoruna istiqamət qazandıracağı barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə həmfikirəm" ifadəsini işlədib.
Türkiyənin Ukraynaya etdiyi humanitar yardım üçün təşəkkür edən Zelenski "Birgə maraqları olan bütün sahələrdə strateji tərəfdaşlığımızı gücləndiririk" deyib.



Әlaqәli Xәbәrlәr