Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı mina təmizləmə fəaliyyətləri davam edir

Qiyamçı Hafterə sadiq silahlıların paytaxt Tripolidən çıxarkən yerləşdirdiyi mina və partlayıcıların təmizlənməsi üçün fəaliyyətlər davam edir.

1442494
Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı mina təmizləmə fəaliyyətləri davam edir

Türkiyə Silahlı Qüvvələri (TSQ) Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Hafterə sadiq silahlıların paytaxt Tripolidən çıxarkən yerləşdirdiyi mina və partlayıcıları təmizləmə fəaliyyətini davam etdirir.
TSQ-nın bomba və partlayıcı maddələri məhv edən heyəti Səlahəddin bölgəsində mülki şəxslərin istifadə etdiyi marşrut yaxınlığındakı əraziyə Hafter silahlılarının yerləşdirdiyi minaları zərərsizləşdirib. 
Qeyd edək ki, Hafterə sadiq silahlılardan xilas edilən ərazilərdə mülki şəxslərin evlərinə təhlükəsiz qayıtmalarını təmin etmək üçün bu ölkəyə gedən TSQ-nın partlayıcı və minaları zərərsizləşdirmə heyəti qoruyucu geyimləri, müasir avadanlıqlar, robot sistemləri, milli texnologiyalar və texniki sahə təcrübələri ilə fəaliyyətini davam etdirir. 
Paytaxtın cənubundakı Hafter silahlılarının mülki yaşayış məntəqələrinə atılan minalar və əl istehsalı partlayıcılar arasında bu günə qədər ən az 40 nəfər ölüb, 70-dən çox insan xəsarət alıb.



Әlaqәli Xәbәrlәr