Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Köç Filmləri Festivalında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Köç Filmləri Fetivalının bağlanış hissəsində videokonfrans formatı ilə iştirak edib.

1440437

"Bizdən daha çox imkanları olan ölkələr qaçqınlara sayı onlarla ifadə edilən kvotalar qoyarkən biz irq, din, dil və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi qəbul etdik" deyə bildirən Ərdoğan festivalın kinoteatr vasitəsi ilə miqrasiya və onun səbəblərini yenidən nəzərdən keçirməyə, köçün sosial, mədəni, siyasi və iqtisadi ölçüləri ilə bağlı həssaslığı artırmağa töhfə verməsini arzuladığını vurğulayıb.
Ərdoğan deyib:
"Bu gün dünyada təxminən 260 milyon mühacir, 71 milyondan çox məcburi köçkün və 25 milyondan çox qaçqın var. İnsanlar nəinki daha yaxşı bir iş, daha yüksək həyat səviyyəsi üçün köçürlər, ancaq çox vaxt yaşamaq, qidalanmaq üçün köç edirlər. Paylaşmağın bərəkətinə və həmrəyliyin gücünə inanan bir mədəniyyətin üzvləri olaraq heç kimə ayrı-seçkilik qoymadıq. Ölkəmizə sığınan məzlumlara və qurbanlara hər zaman quçaq açdıq, eyni həssaslıqla yanaşdıq".

Әlaqәli Xәbәrlәr