"Bu fikirlərdən hər kəs əl çəkməlidir", F.Altun

F.Altun müsəlman əleyhinə olan irqçiliyin yalnız Avropa problemi olmadığını dilə gətirərək misallar çəkib

1440804
"Bu fikirlərdən hər kəs əl çəkməlidir", F.Altun

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Avropa dövlətlərinin, nəticəyə gələnlərinin və qərarvericilərin İslamı bir təhlükəsizlik təhdidi, müsəlmanları potensial günahkar kimi görmələri fikrindən vaz keçmələrini lazım olduğunu söyləyib.

  Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (SETA) "2019 Avropa İslamofobiya hesabatı"nın təqdimatı başlıqlı veb açılış paneli təşkil edib. “Twitter” və “youtube” kanallarından videokonfrans yoluyla canlı yayımlanan panelin açılış nitqini edən F.Altun müsəlman əleyhinə olan irqçiliyin yalnız Avropa problemi olmadığını dilə gətirərək misallar çəkib: "Cənub-Şərqi Asiyadan Amerika Birləşmiş Ştatlarına qədər hər yerdə insanların həyatını təhlükəyə atan qlobal təhdiddən bəhs edirik. Hindistanda hər il minlərlə adam hind şovinistləri müsəlmanları sistemli şəkildə yerlərindən-yurdlarında didərgin salmaqla qorxudur, döyür, öldürürlər. Myanmarda Nobel Sülh Mükafatına layiq görülmüş bir siyasətçi müsəlmanlara qarşı soyqırımda aktiv rol oynayır. Yeni Zelandiyada bundan əvvəl terror hücumları törətmiş avropalılardan ilham alan sağçı terrorçular ötən il yerli məsciddə onlarla adamı qətl etdilər. Avropa da müsəlmanları potensial günahkar görür. Bu fikirlərdən hər kəs əl çəkməlidir”.



Әlaqәli Xәbәrlәr