Türkiyә ABŞ-ın Beynәlxalq Dini Azadlıqlar Komissiyasına reaksiya göstәrib

Türkiyә Amerika Birlәşmiş Ştatlarının Beynәlxalq Dini Azadlıqlar Komissiyasının Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn terrorçulara qarşı hәyata keçirdiyi ‘‘Pәncә-Qartal’’ vә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatlarını tәnqid etmәsinә sәrt reaksiya göstәrib.

1440090

Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Akseoy deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının Beynәlxalq Dini Azadlıqlar Komissiyasının ölkәmizin İraqdakı PKK terror tәşkilatına qarşı apardığı ‘‘Pәncә-Qartal’’ vә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatları ilә bağlı verdiyi açıqlama bu komissiyanın yeni  әsassız açıqlamasıdır’’.

Hami Aksoy  bildirib ki, dini azadlıqları müdafiә etdiyini iddia edәn bu quruluş Amerika Birlәşmiş Ştatlarının da  terror tәşkilatı  olaraq tanıdığı  PKK-nın İraqda,  qolları olan  PYD/YPG-nin isә Suriyada öz separatçı siyasәtini vә terror aktlarını mәnimsәmәyәn kürdlәr daxil olmaqla bölgәdәki xalqa qarşı zülmünü görmәzlikdәn gәlir.

‘‘DEAŞ-a qarşı aparılan mübarizәni fürsәt bilәrәk Sincara yerlәşәn PKK-nın tәzyiqi sәbәbindәn on minlәrlә yezidinin evlәrinә geri qayıdmadıqları vә  geri qayıdanların da terror tәşkilatının zülmünә mәruz qaldıqları  bu gün dә yezidilәr vә rәsmilәr tәrәfindәn gündәmә gәtirilәn bir gerçәkdir. Təəssüf ki, dırnaqarası insan  hüquqları  müdafiəçiləri bu günə qədər bölgədəki bu həqiqətləri görmәzlikdәn gәlib’’,- deyә Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü qeyd edib.

Әlaqәli Xәbәrlәr