“Onun bir fürsəti var idi, onu da itirdi”, M.Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyada ən yaxşı yolun siyasi həll olduğunu söyləyərək deyib...

1439831
“Onun bir fürsəti var idi, onu da itirdi”, M.Çavuşoğlu

 

  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyada ən yaxşı yolun siyasi həll olduğunu söylədi.

  M.Çavuşoğlu mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla birlikdə Antaliyada Türkiyənin yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizəsindəki normallaşma müddətində "Etibarlı turizm!” xidmətlərinin təqdim edildiyi "Yenidən kəşf et" mərasiminə qatılıb. Buradakı çıxışında nazir deyib: “Bəzi ölkələrin Türkiyəni riskli bölgə olaraq siyahıya almaları bizi xəyal qırıqlığına uğradır. Çünki epidemiyaya qarşı Türkiyə sağlıq sistemi diqqətli tədbirlər gördü və virusa qarşı güclü mübarizə apardı... Turizm sahəsi xarici qonaqlara da açıqdır. Özümüzə də, turizm və sağlıq sektorlarına da güvənirik."

  M.Çavuşoğlu Liviyadakı proseslərə də toxunub: “Liviyanın şərqindəki silahlı milislərin başçısı Xəlifə Hafter çağırışları dinləmir, əksinə, təcavüzkarlığını artırır. Hafter itirir, çünki itirməyə məhkumdur. Siyasi müddət üçün bir fürsəti var idi, onu da itirdi. Belə bir qiyamçının ölkə rəhbərliyində yeri yoxdur. Liviya üçün ən yaxşı yol siyasi həlldir."

  Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı icra etdiyi Pəncə-Qaplan əməliyyatıyla bağlı isə bunları söyləyib: “Terrorçular Süleymaniyə bölgəsində şəhərə enib, yüzlərlə yeri nəzarətə götürüb, oradakı partiya binalarına hücum və təzyiq ediblər. Göründüyü kimi, onlar oradan da bizə təhdid yaradırlar. Bu səbəbdən Pəncə-Qaplan hərəkatı o bölgədən də terrorçular təmizlənənə qədər davam edəcək. Bu, bizim üçün də, İraq üçün də yaxşıdır."



Әlaqәli Xәbәrlәr