Nigeriyanın paytaxtında Türkiyə mərkəzli yeni məscid ibadətə açıldı

Qərbi Afrika ölkələrindən olan Nigeriyada Türkiyə mərkəzli Darul Erkam Fondu paytaxt Abujada tikdiyi məscidi ibadətə açdı

1439664
Nigeriyanın paytaxtında Türkiyə mərkəzli yeni məscid ibadətə açıldı

 

  Qərbi Afrika ölkələrindən olan Nigeriyada Türkiyə mərkəzli Darul Erkam Fondu paytaxt Abujada tikdiyi məscidi ibadətə açdı.

  Sözügedən mövzu ilə bağlı fondun sədri Yunus Əmrə Akyol deyib: "Paytaxt Abujanın Kuje bölgəsində Türkiyədən yardımlarla tikdiyimiz məscidin açılışını etdik… Yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar məscidlər iki aydan çox idi bağlı idi. Xeyriyyəçilərimiz vasitəsiylə belə bir məscidə qovuşmağımız həm bölgə xalqı, həm də bizim üçün sevindirici hal oldu”.

  Qeyd edək ki, epidemiya dövründə bir çox türk qeyri-hökumət təşkilatları ilə birlikdə Darul Erkam Fondu da Nigeriyanın müxtəlif əyalətlərində ehtiyac sahiblərinə qida, su quyusu, təmizlik və tibbi vəsaitlərlə bağlı yardımlar edib.



Әlaqәli Xәbәrlәr