Aİ ən qısa zamanda Türkiyəyə verdiyi sözü yerinə yetirməlidir

Bunu Macarıstan xarici işlər və xarici ticarət naziri Piter Şiyarto deyib

1439495
Aİ ən qısa zamanda Türkiyəyə verdiyi sözü yerinə yetirməlidir

 

  Macarıstan xarici işlər və xarici ticarət naziri Piter Şiyarto (Peter Szijjarto) Avropa İttifaqına qaçqınlarla bağlı Türkiyəyə söz verdiyi 6 milyard avronu qısa müddətdə ödəməsini istədi.

  Türkiyə, Polşa, Macarıstan, Çexiya və Slovakiyadan ibarət Vişeqrad Qrupu (V4) ölkələrinin xarici işlər nazirləri arasında videokonfrans yoluyla iclas keçirilib.

  Yığıncaqdan sonra etdiyi şərhdə P.Şiyarto bildirib: “Görüşümüzün əsas mövzusu Aİ və Türkiyə arasındakı əməkdaşlıq idi. V4 ölkələri Türkiyə ilə Aİ arasındakı strateji əlaqələrin möhkəmləndirilməsini dəstəkləyir. Türkiyə ilə əməkdaşlıq bir çox sahədə Avropa ölkələrinin xeyrinədir.

  Yeni tip korona virusu (Covid-19) ilə mübarizədə Macarıstan Türkiyədən tibbi vəsait alması sayəsində hər hansı çətinlik yaşamadı.

  Avropaya yönələn köçün qarşısının alınmasında Türkiyə kilid ölkə mövqeyindədir. Əgər Türkiyə qaçqın dalğasını dayandırmasaydı, biz Orta Avropa ölkələri bu problemlə üz-üzə qalacaqdıq. Mühacirlər Türkiyə-Yunanıstan sərhədini keçəndən bir neçə günə Macarıstanın cənub sərhədlərinə çatardılar. Biz belə bir vəziyyətlə qarşılaşmaq istəmirik. Ona görə Aİ ən qısa zamanda Türkiyəyə söz verdiyi 6 milyard avronu ödəməlidir.''



Әlaqәli Xәbәrlәr