Milli müdafiə naziri Hulusi Akar Pəncə-Qaplan əməliyyatı barədə bəyanat verdi

Pəncə-Qaplan əməliyyatında 36 saat ərzində təşkilata aid 500-dən çox hədəf məhv edilib

1438535
Milli müdafiə naziri Hulusi Akar Pəncə-Qaplan əməliyyatı barədə bəyanat verdi
akar komutanlar-pence kaplan1.jpg
akar komutanlar-pence kaplan.jpg
pence-kaplan.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalındakı Haftanin bölgəsində terror təşkilatı PKK ilə terrorçulara qarşı başladılan Pəncə-Qaplan əməliyyatında 36 saat ərzində təşkilata aid 500-dən çox hədəf məhv edilib
Hədəflər top, Fırtına haubitsa, CNRA (çox lüləli raketvuran), eləcə də SPUA (silahsız pilotsuz uçuş aparatı) və F-16-lardan edilən silah atəşləri ilə məhv edilib.
Atışlardan sonra xüsusi təyinatlı hərbi birləşmələr çətin ərazi şəraitində terror yuvalarına girməyə davam edərkən, PUA (pilotsuz uçuş aparatı) və SPUA-lar fasiləsiz bölgəyə atəş edir.
Mehmetcik bölgədəki terror təşkilatı tərəfindən yerləşdirilən mina və əl istehsalı partlayıcıları zərərsizləşdirməyə və silah-sursat və gündəlik təchizatları məhv etməyə davam edir.
Milli müdafiə naziri Hulusi Akar ilə TSQ-nın komandanlarının Quru Qoşunları Komandanlıq Mərkəzindəki intensiv fəaliyyətləri davam edir.
Videokonfrans formatı ilə əməliyyata qatılan hərbi birləşmələrin komandanları ilə görüş keçirən Akar və komananlar gecə boyu sahədəki vəziyyəti yaxından təqib etdi və göstərişlər verdi.
Akar hərbi birləşmələrin komandanlarına müraciət edərək, "Pəncə-Pələng" əməliyyatı çox yaxşı gedir. Ümid edirəm ki, eyni ciddilik və qətiyyətlə davam edəcəyik və bu əməliyyatı uğurla başa vuracağıq"dedi.
Hərbi birləşmələrin komandanları da "Son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcəyini və bu çərçivədə tapşırılacaq hər bir işi yerinə yetirməyə hazır olduqlarını" söylədilər.



Әlaqәli Xәbәrlәr