İlk dəfə Türkiyədən bir diplomat BMT Baş Assambleyanın sədri seçildi

BMT-nin tarixində ilk dəfə Türkiyədən bir diplomat Baş Assambleyanın sədri seçilib.

1438169
İlk dəfə Türkiyədən bir diplomat BMT Baş Assambleyanın sədri seçildi

BMT-nin tarixində ilk dəfə Türkiyədən bir diplomat Baş Assambleyanın sədri seçilib.

BMT-nin 75-ci Baş Assambleyasının sədrliyinə Türkiyənin nümazədi Volkan Bozkır seçilib. 

193 ölkənin nümayəndələrinin təmsil edildiyi BMT Baş Assambleyasında tək namizəd göstərilən Bozkır 178 ölkənin dəstəyini götürüb.

Bozkır 15 sentyabrda BMT-nin 74-cü Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bandedən təhvil alacağı vəzifəni 2021-ci ilin sentybrınadək davam etdirəcək.

Hazırda Bozkır Türkiyə Böyük Millət Məclisinin xarici siyasət üzrə komitəsinə başçılıq edir. Daha əvvəl Avropa İttifaqının işlər üzrə naziri və Avropa İttifaqı ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı vəzifəsini tutub.

40 ildir diplomatik xidmətlər göstərən Volkan Bozkır Almaniya, İraq, ABŞ və Rumıniyadakı Türkiyənin diplomatik nümayəndəliklərində işləyib.



Әlaqәli Xәbәrlәr