Terrorla mübarizə əzmlə davam edir

İraqın şimalındakı Haftanin bölgəsinə təşkil edilən Pəncə-Qaplan əməliyyatı ilə bağlı M.Şentop və S.Soylu deyiblər...

1437704
Terrorla mübarizə əzmlə davam edir

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ölkənin bölgədə sülhü təsis edilə bilməsi üçün həyati əhəmiyyət daşıyan terrorla mübarizənin əzmlə davam etdiyini söylədi.

  İctimai media hesabı “twitter”dən İraqın şimalındakı Haftanin bölgəsinə təşkil edilən Pəncə-Qaplan Əməliyyatı ilə bağlı M.Şentop yazıb: "Bölgəmizdə barışın təsis edilməsi üçün həyati əhəmiyyət kəsb edən terrorla mübarizəmiz əzmlə davam edir. Allah sərhədlərimizin mühafizəsi və xalqımızın salamatlığı üçün mübarizə aparan qəhrəman əsgərlərimizin yardımçısı olsun."

  Ölkənin daxili işlər naziri Süleyman Soylu da Pəncə-Qaplan əməliyyatıyla bağlı sosial mediadan paylaşma edib: "Müsibətləri qaynağında yox etməyə çalışırıq. Ölkə içərisində zərərsizləşdirilən terrorçu sayı bu günə qədər 438-dir. İnşaallah, çox yaxın zamanda bu rəqəm 400-dən, 300-dən aşağı olar, qalanlarının hamısının isə qaçdığını görərik."



Әlaqәli Xәbәrlәr