Bingölün Karlıova qəsəbəsindəki zəlzələdən sonra vəziyyət təhlil edilir

Bingölün Karlıova qəsəbəsində 14 iyunda meydana gələn 5,7 böyüklüyündəki zəlzələdən sonra ikisi 4 baldan yuxarı olmaqla 90 yeraltı təkan qeydə alınıb

1436188
Bingölün Karlıova qəsəbəsindəki zəlzələdən sonra vəziyyət təhlil edilir
bingöl deprem.jpg

 

  Türkiyənin Bingöl rayonunun Karlıova qəsəbəsində iyunun 14-də meydana gələn 5,7 bal gücündəki zəlzələdə təhlükəzilik xidmətinin bir əməkdaşı - meşəbəyi həyatını itirib.

  Zəlzələdən sonra Fövqəladə Vəziyyət və Təcili Yardım Departamenti (AFAD) tərəfindən xəstəxanalara göndərilən 21 adamdan 3-ü evlərinə buraxılıb, 18-inin isə müalicəsi sürür.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik xidmətinin əməkdaşı - meşəbəyinin ailəsi və zəlzələdən təsirlənən digər vətəndaşlarla telefonda danışıb, hadisədən üzüldüyünü dilə gətirib.

  Ölkənin vitse-prezidenti Fuad Oqtay, daxili işlər naziri Süleyman Soylu və  ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələnin baş verdiyi Bingölə gediblər.

  F.Oqtay sözügedən mövzu ilə bağlı “twitter”dən etdiyi paylaşmada: "Əlaqədar təşkilat və quruluşlarımız işlərini vasvasılıqla davam etdirməkdədir", - deyə yazıb.

  S.Soylu və AFAD-ın direktoru Mehmet Güllüoğlu Bingöldə vəziyyəti yaxından təqib edirlər.

  Fövqəladə Vəziyyət və Təcili Yardım Departamenti ilə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin qrupları bölgədə vəziyyəti dəyərləndirirlər.  

  Xatırladaq ki, Bingölün Karlıova qəsəbəsində 14 iyunda meydana gələn 5,7 böyüklüyündəki zəlzələdən sonra ikisi 4 baldan yuxarı olmaqla 90 yeraltı təkan qeydə alınıb.

  Qeyd edək ki, iyunun 15-i Türkiyə saatı ilə 09.51-də Bingölün Karlıova qəsəbəsinin mərkəzində 5,6 böyüklüyündə digər zəlzələ baş verib.



Әlaqәli Xәbәrlәr