Türkiyənin ayrı-ayrı rayonlarında terrorçulara qarşı əməliyyatlar
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə...

Türkiyənin Şırnak rayonunun Silopi və Elazığın Arıcak qəsəbələri çölündə jandarma komandanlıqları tərəfindən icra edilən əməliyyatlarda 4 terrorçu zərərsizləşdirilib.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Şırnakın Silopi qəsəbəsi çölündəki əməliyyatda 2 terrorçu zərərsizləşdirilib, Elazığın Arıcak qəsəbəsinin Göresedağı bölgəsində çıxan qarşıdurmada isə 2 terrorçu ölü olaraq ələ keçirilib. Bölgədə əməliyyatlar davam edir.
Elazığda iyunun 9-da reallaşdırılan əməliyyatda zərərsizləşdirilən 2 terrorçudan biri “Terrorçuların axtarış siyahısı”nda “Narıncı” kateqoriyada olan Salih Ekincidir.
Diyarbəkirin Silvan çölündə rayon jandarma komandanlığı tərəfindən reallaşdırılan əməliyyatda PKK-nın 2, iyunun 8-də İran sərhəd xəttində isə 4 terrorçusu zərəzsizləşdirilib.
Tuncelinin Ovacık çölündə təşkil edilən əməliyyatda zərərsizləşdirilən 6 PKK-lıdan biri yenə “Narıncı” kateqoriyasında olan terrorçulardan Sadık Akmaz olub.
Әlaqәli Xәbәrlәr

Türkiyə prezidenti Ukraynaya gedir
Bu barədə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib