"Böyük və güclü Türkiyənin inşasında son mərhələ yaşanır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan böyük və güclü Türkiyənin inşasında son mərhələnin yaşandığını söylədi

1432708
"Böyük və güclü Türkiyənin inşasında son mərhələ yaşanır", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan böyük və güclü Türkiyənin inşasında son mərhələnin yaşandığını söylədi.

  Təxminən 3 ay sonra ilk dəfə üz-üzə edilən kabinet yığıncağından sonra şərhlər verən Ərdoğan dedi: “Yeni tip korona virusunun (Covid-19) kökü tamamilə üzülənə qədər həyatın tibbi maska, məsafə və təmizlik qaydaları çərçivəsində davam etdirilməsi vacibdir. “Yeni normal həyat” dediyimiz nizamın bir müddət belə sürəcəyi gerçəyinə özümüzü öyrəşdirməliyik.  

  “Covid-19”un müalicəsində təsirli şəkildə istifadə edilən “Favipiravir” dərmanı TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı) damı altında Türkiyə alimləri tərəfindən ortaya çıxarıldı. Bunu bacardıq. Müəyyən işlərdən sonra bu dərman kütləvi şəkildə istifadə edilməyə başlanacaq.

  Artıq 65 yaşdan yuxarı vətəndaşlar hər gün yerli saatla 10.00 - 20.00 arasında, 18 yaşdan kiçik olanlar isə valideynlərinin himayəsində bütün gün boyu küçəyə çıxa bilirlər.

  Yeni normal həyatda bir sıra mədəni və ictimai sərbəstlikləri bərpa etdik. Xalqımdan yeni dövrün qaydalarına uyğun olaraq, işinə-gücünə möhkəm sarılaraq bu müddəti idarə etməsini gözləyirəm.

  Türkiyə 40 ilə yaxınlaşan terrorla mübarizə tarixinin qızıl çağını yaşayır. Suriyanın İdlib bölgəsinin bir daha qarşıdurma ocağına çevrilməsinə göz yummayacağıq. Liviyada qiyamçıların, imperialistlərin deyil, xalqın yanında olmağa davam edəcəyik.

  Cümhuriyyət quruluşunun 100-cü ildönümü və 2023 hədəfləri yaxınlaşır. Türkiyə istehsal, ticarət və logistik üstünlükləriylə epidemiyadan sonra dünya iqtisadiyyatındakı yerini daha da möhkəmləndirəcək. Böyük və güclü Türkiyənin inşasında son mərhələyə girmişik. Heç bir epidemiya və təhdidin ölkə və xalq birliyimizdən, həmrəyliyimizdən üstün olmadığı inancıyla yolumuza davam edirik.”



Әlaqәli Xәbәrlәr