Türkiyə sahillərinə geri qaytarılan qaçqınlar xilas edildi

Yunanıstanın Midilli adasına keçməyə çalışan qrup Ayvacık sahilindən dənizə açılıb

1431752
Türkiyə sahillərinə geri qaytarılan qaçqınlar xilas edildi

 

  Türkiyənin Çanaqqala rayonunun Ayvacık qəsəbəsi sahillərində Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən Türkiyə sahillərinə geri qaytarılan 36 qaçqın qurtarılıb.

   Yunanıstanın Midilli adasına keçməyə çalışan qrup Ayvacık sahilindən dənizə açılıb. Rezin qayıqlarla üzdükləri zaman Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən təsbit ediliblər. Ayrı-ayrı ölkələrə mənsub 36 qaçqın kömək istəyiblər, ancaq geri qaytarılıblar.

  Pilotsuz Hava Aparatları (PUA) yerləri təyin olunduqdan sonra bölgəyə hərəkət edən Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı Babakale kəndi sahillərində qeyri-qanuni miqrantları quruya çıxarıb.

  Küçükkuyu Sahil Təhlükəsizlik Polis bölməsinə gətirilən, aralarında qadın və uşaqların da olduğu qaçqınlara yemək və geyim yardımı olunub.



Әlaqәli Xәbәrlәr