Tuncelinin Ovacık çölündə 31 maydan bəri zərərsizləşdirilən terrorçu sayı

Türkiyə Daxili İşlər Nazirliyindən edilən şərhdə bildirilir...

1431174
Tuncelinin Ovacık çölündə 31 maydan bəri zərərsizləşdirilən terrorçu sayı

 

  Türkiyənin Tunceli rayonunun Ovacık çölündə 31 maydan bəri bölücü terror təşkilatı PKK-ya qarşı əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı 6-ya yüksəlib.

  Türkiyə Daxili İşlər Nazirliyindən edilən şərhdə bildirilir: “31 maydan Ovacık çölünə təşkil edilən hava dəstəkli əməliyyatda 3 PKK terrorçusu ölü olaraq ələ keçib. Davam edən əməliyyatda iyunun 7-də axtarış-arama fəaliyyətləri zamanı daha 3 terrorçu zərərsizləşdirilib. Beləliklə, Tunceli rayonunun Ovacık çölündəki əməliyyatlarda təsirsiz hala gətirilən terrorçu sayı 6-ya yüksəlib. Terrorçularla birlikdə 2 ədəd M-16 piyada tüfəngi, bir AK-47 piyada tüfəngi, 3 qumbara, bir böyük simsiz teleqraf aparatı və çox sayda silah-sursat ələ keçirilib”.



Әlaqәli Xәbәrlәr