Məmləkətin Sıla Yolu Layihəsi yenidən başlayır

Türkiyə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin (YTB)

1431131
Məmləkətin Sıla Yolu Layihəsi yenidən başlayır

 

  Türkiyə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin (YTB) sədri Abdullah Eren xaricdə yaşayan və tətillərini Türkiyədə keçirmək istəyən vətəndaşların sərhəd qapılarından rahat keçmələrini təmin etmək üçün Sıla Yolu Layihəsinin bu il həyata keçiricəklərini bildirib.

  YTB-dən edilən yazılı şərhə görə, A.Eren xaricdə yaşayan və tətillərini Türkiyədə keçirmək istəyən vətəndaşlar üçün aktual məlumatları paylaşaraq deyib: “Keçən il Serbiya gömrük və Türkiyə sərhəd qapılarında tətbiq edilən Sıla Yolu Layihəsi bu il korona virusu (Covid-19) epidemiyası tədbirləri çərçivəsində davam edəcək. Avropanın ayrı-ayrı ölkələrindən quru yoluyla Türkiyəyə gələrək məzuniyyətlərini məmləkətlərində keçirmək istəyən vətəndaşların ən çox istifadə etdiyi yollar “Covid-19”la bağlı boşaldığı üçün tranzit keçidlərə açılıb. Vətəndaşlarımızın Türkiyəyə quru yoluyla səyahətlərində istifadə edə biləcəkləri 2 marşrut belədir:

  1. Fransa – Belçika / Hollandiya – Almaniya –Avstriya – Macarıstan – Serbiya – Bolqarıstan – Türkiyə (Kapıkule).
  2. Fransa / Belçika / Hollandiya – Almaniya – Avstriya – Slavakiya –Xorvatiya – Serbiya – Bolqarıstan – Türkiyə (Kapıkule).

  Beləliklə, Avropa ölkələrində “Covid-19” səbəbindən bağlanılan sərhədlər pilləli olaraq yenidən açılır, vətəndaşların virusa qarşı tədbirlərini görmələri şərtilə”.



Әlaqәli Xәbәrlәr