Hulusi Akar: ‘‘Türkiyәnin haqq vә mәnfәәtlәrini müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, Türkiyә Cümhuriyyәtinin haqq vә mәnfәәtlәrini müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik.

1430609
Hulusi Akar: ‘‘Türkiyәnin haqq vә mәnfәәtlәrini müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik’’

 

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, Türkiyә Cümhuriyyәtinin haqq vә mәnfәәtlәrini müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik.

Hulusi Akar Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu general Yaşar Gülәr vә hәrbi rәsmilәrlә dünәn sәrhәd bölgәsindә keçirdiyi toplantıda Türkiyәnin Silahlı Qüvvәlәr olaraq Egeydә, Şәrqi Aralıq dәnizindә vә Kıbrısda bütün problemlәri beynәlxalq hüquq normaları çәrçivәsindә hәll etmәk istәdiyini söylәyib.

Hulusi Akar  bütün problemləri qonşuluq münasibәtlәri vә qarşılıqlı hömәt çәrçivәsindә,  heç kimi təhrik etmədən, heç kimin haqqını tapdalamadan  həll etmək istədiklərini bildirdi.

Türkiyә heyәtinin iki dәfә Yınanıstanın paytaxtı Afinaya sәfәr etdiyini vә Yunanıstan nümayәndә heyәtinin dә paytaxt Ankaraya gәldiyini xarırladan Hulusi Akar tәrәfmüqabillәrini yenidәn paytaxta gözlәdiklәrini ifadә edib.

Türkiyәnin bu dialoqun davam etdirilmәsini istәdiyini vurğulayan Hulusi Akar bildirib ki, bu günәdәk üzәrimizә düşәn öhdәliyi yerinә yetirdik, bundan sonra da bunu etmәyә davam edәcәyik. Digәr tәrәfdәn dә Türkiyә Cümhuriyyәtinin vә xalqının haqq vә mәnfәәtlәrini müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik. Bu heç bir şәkildә nә hәdә-qorxu gəlməkdir, nә dә provokasiyadır.



Әlaqәli Xәbәrlәr