Milli Tәhlükәsizlik Şurasının yığıncağı Türkiyә prezidentinin sәdrliyi ilә keçirilib

Milli Tәhlükәsizlik Şurası Türkiyәnin terrora qarşı apardığı mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini bildirib.

1428326
Milli Tәhlükәsizlik Şurasının yığıncağı Türkiyә prezidentinin sәdrliyi ilә keçirilib

 

Milli Tәhlükәsizlik Şurası Türkiyәnin terrora qarşı apardığı mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini bildirib.

Milli Tәhlükәsizlik Şurasının yığıncağı Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilib.Yığıncaqdan sonra yayımlanan bәyannamәdә bu ifadәlәrә yer verilib: ‘‘Türkiyә ölkә daxilindә vә sәrhәddәn kәnarda terrora qarşı apardığı mübarizәni qәtiyyәtlә davam etdirәcәk. Suriyanın torpaq bütövlüyünün qorunması vә bölgәnin terror tәşkilatlarından tәmizlәnәrәk suriyalıların ölkәlәrinә ‘‘könüllü vә tәhlükәsiz’’ bir şәkildә geri dönmәlәri istiqamәtindә hәyata keçirilәn fәaliyyәtlәr davam etdirilәcәk’’.

Bәyannamәdә Türkiyәnin Aralıq dәnizindәki qanuni addımları ilә bağlı bu ifadәlәrә yer verilib: ‘‘Bәzi aktyorların ölkәmizin Aralıq dәnizindәki qanuni vә hüquqi addımları ilә bağlı mәnfi yanaşmaları qiymәtlәndirilib.Ölkәmizin  qurudakı, dәnizdәki vә havadakı haqq vә maraqları qәtiyyәtlә qorunacaq’’.

Bәyannamәdә hәmçinin yeni növ koronavirus epidemiyasına qarşı amansız mübarizә aparan Türkiyәnin sәhiyyә, әrzaq, iqtisadiyyat, ictimai asayiş vә tәhlükәsizlik başda olmaqla  hәr sahәdә әldә etdiyi uğurlara diqqәt çәkilib.



Әlaqәli Xәbәrlәr