Türkiyə Hərbi Hava Qüvvələrinin qurulmasının 109-cu ildönümü qeyd olunur

Hulusi Akar Türkiyə Hərbi Hava Qüvvələrinin (THQ) beynəlxalq sülhü dəstəkləyən fəaliyyətləri, habelə terrorla mübarizə missiyaları çərçivəsində vəzifələri müvəffəqiyyətlə yerinə yetirdiyini bildirib.

1427115
Türkiyə Hərbi Hava Qüvvələrinin qurulmasının 109-cu ildönümü qeyd olunur

Milli Müdafiə Naziri Hulusi Akar Türkiyə Hərbi Hava Qüvvələrinin (THQ) beynəlxalq sülhü dəstəkləyən fəaliyyətləri, habelə terrorla mübarizə missiyaları çərçivəsində vəzifələri müvəffəqiyyətlə yerinə yetirdiyini bildirib.
Akar THQ-nin qurulmasının ildönümü ilə əlaqədar yayımlanan mesajında hərbi aviasiya sahəsində bir əsri keçən təcrübəsi, ixtisaslı kadrları, müasir texnologiyaları və üstün nailiyyətləri ilə qürurlandıran və nəcib Türk millətinin qüruru və poladlaşmış ifadəsi olan Hava Qüvvələrinin qurulmasının 109-cu ildönümünü coşğu və həyəcan içində qeyd etdiklərini vurğulayıb. 
Akar 1 iyun 1911-ci ildə qurulan Türkiyə Hərbi Hava Qüvvələrinin "İstiqbal göylərdə" kəlamından ilham alaraq özünü daim inkişaf etdirərək bu günün üstün hava texnologiyasına yiyələndiyini və bu qabaqcıl texnologiyadan istifadə edə bilən yüksək hazırlıqlı və ixtisaslı heyəti ilə dünyanın aparıcı Hava Qüvvələri arasında etibsarlı yer aldığını bildirib.
Hulusi Akar qeyd edib: "Terror əməliyyatları ilə mübarizədəki vəzifələrindən əlavə, Türkiyə Hərbi Hava Qüvvələri beynəlxalq sahədə həyata keçirdiyi sülhə dəstək fəaliyyətləri çərçivəsində öz vəzifələrini uğurla yerinə yetirir və nəcib millətimiz üçün qürur mənbəyi olaraq qalır. Hava Qüvvələrimizin qurulmasının 109-cu ildönümü münasibətilə Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını; vətənimizin, səmalarımızın və nəcib millətimizin əmin-amanlığı üçün canlarını fəda etmiş əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik, həyatda olan qalan qəhrəman veteranlarımıza hörmət və təşəkkürümü bildirirəm və təcili şəfa diləyirəm".



Әlaqәli Xәbәrlәr