R.T.Әrdoğan: ‘‘Gәnclәrә daha güclü Türkiyә tәhvil vermәk mәsәlәsindә qәtiyyәtliyik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Professor Feriha Öz Xәstәxanasının açılış mәrasimindә iştirak edib.

1425885
R.T.Әrdoğan: ‘‘Gәnclәrә daha güclü Türkiyә tәhvil vermәk mәsәlәsindә qәtiyyәtliyik’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Professor Feriha Öz  Xәstәxanasının açılış mәrasimindә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Türkiyә prezidenti bir çox ölkәnin sәhiyyә sisteminin yeni növ koronavirus epidemiyası sәbәbindәn çökdüyünü dövrdә Türkiyәnin hәm mövcud imkanlarla, hәm dә yeni imkanlar yaradaraq fәrqli bir mövqeyә çatdığını bildirib.

‘‘Türkiyәnin sәhiyyә sisteminin әn konkret nümunәsi olan bu xәstәxanalar ölkәmizdә müalicә olmaq istәyәn hәr kәsә xidmәt verәcәk. İndiyәdәk 190-dan çox ölkә Türkiyәdәn tibbi yardım istәyib. Yüzdәn çox ölkәyә tibbi lәvazimat göndәrdik’’,-deyә Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Türkiyәnin hәr sahәdә hәdәflәrinә doğru qәtiyyәtlә irәlilәdiyini vurğulayan dövlәt başçısı bildirib ki, Türkiyәni  2023-cü il hәdәflәrinә çatdıracağıq.Gәnclәrimizә daha güclü Türkiyә tәhvil vermәk mәsәlәsindә qәtiyyәtliyik.



Әlaqәli Xәbәrlәr