"Yenidən qurulan qlobal prosesdə Türkiyə parlayan bir ulduz kimi önə çıxdı", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə təşkil edilən kabinet iclasından sonra açıqlama verib.

1425250
"Yenidən qurulan qlobal prosesdə Türkiyə parlayan bir ulduz kimi önə çıxdı", R.T. Ərdoğan

Yenidən qurulan qlobal prosesdə Türkiyə parlayan bir ulduz kimi önə çıxdı.
Bunu prezident Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə təşkil edilən kabinet iclasından sonra verdiyi açıqlamada deyib.
Yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizə ilə keçən son iki ay yarımda 5 milyon yarım vətəndaşa qarşılıqsız maddi yardım verildiyini söyləyən Ərdoğan qarşıdan gələn dövrdə vətəndaşlara dəstək olmağa davam edəcəklərini söyləyib: "Vətəndaşlarımızı harada olmalarından asılı olmayaraq, Mavritaniyadan Boliviyaya qədər heç vaxt sahibsiz qoymadıq". 
Prezident Ərdoğan Türkiyədən tibbi yardım tələb edən 135 ölkədən 100-nə müsbət cavab verildiyini qeyd edib. Epidemiya çərçivəsində görülən tədbirlərlə yoluxma hallarının sayının azaldığını vurğulayan prezident "Yeni normal" nizam çərçivəsində bəzi şəhərlərə giriş-çıxış qadağasının iyunun 1-dən etibarən ləğv ediləcəyini, idari məzuniyyətdə və ya nizamsız qaydada işləyən dövlət qulluqçularının eyni tarixdə işə qayıdacağını açıqlayıb.
Restoran, kafe, çimərliklər, parklar, bağlar, muzeylər, arxeoloji məkanlar, kitabxanalar, körpələr evi və gündüz mərkəzlərinin eyni tarixdə istifadəyə veriləcəyini və fərdi idman fəaliyyətlərinin, açıq hava konsertlərinin, dəniz turizmi və nəqliyyatına qoyulan məhdudiyyətlərin həmin tarixdə sona çatağını ifadə edən prezident Ərdoğan deyib: "Bəzi komendant saatlarının daha bir müddət davam etdirməyin faydalı olacağını görürük. Birlik, bərabərlik və qardaşlıq yaşadıqca, səmimi şəkildə inanırıq ki, bizi parlaq bir gələcək gözləyir. Siyasi və iqtisadi cəhədən yenidən qurulan qlobal prosesdə Türkiyənin gələcəyini indidən başa düşməyə başladıq. Türkiyə parlayan bir ulduz olaraq önə çıxır".



Әlaqәli Xәbәrlәr