"Hafteri dəstəkləyənlər Liviyadakı qarşıdurmanın səhv tərəfindədirlər", İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Fransa və hələ də Hafteri dəstəkləyən hər kəsin Liviyadakı qarşıdurmanın səhv tərəfində olduğunu söyləyib.

1423724
"Hafteri dəstəkləyənlər Liviyadakı qarşıdurmanın səhv tərəfindədirlər", İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Fransa və hələ də Hafteri dəstəkləyən hər kəsin Liviyadakı qarşıdurmanın səhv tərəfində olduğunu söyləyib.
İbrahim Kalın Liviyadakı son vəziyyəti "France 24" telekanalında qiymətləndirib.
Qiyamçı Hafterin Liviya xalqının qanuni nümayəndəsi olmadığını bildirən Kalın Hafterin Körfəz bölgəsindən Rusiyadan və bir sıra ölkələrdən aldığı dəstəklə Liviyadakı zorakılığı artırdığını və daha çox acıya səbəb olduğunu söyləyib.
Kalın beynəlxalq legitimliyi olan Liviyanın baş naziri Fayiz es-Serrac hökumətinin əvvəldən bəridir çox məsuliyyətli və konstruktiv rəftar etdiyini, atəşkəs rejimini tətbiq etdiyini və beynəlxalq ictimaiyyətlə birlikdə çalışdığını vurğulayıb.
Liviyaya Sudan, Çad və Suriyadan göndərilən muzdlu əsgərlərin və Rusiyada fəaliyyət göstərən Vaqner Qrupunun (Rusiyanın muzdlu əsgərləri) Hafter tərəfində vuruşduğunu bildirən  Kalın "İndi Hafter tərəfdarları bunun bir həll yolu olmadığını və işləmədiyini başa düşdülər. Serrac hökuməti dəfələrlə hərbi həll deyil, siyasi həll istədiklərini ifadə etdi, lakin açıq şəkildə özlərini müdafiə etmək hüququna sahib olduqlarını bildirdi" deyib.
Kalın Fransa və Haferi hələ də dəstəkləyən hər kəsin Liviyadakı qarşıdurmanın səhv tərəfində olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr