"Türkiyə yeni normallaşma mərhələsinə keçir", R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Rayon Sədrləri Toplantısından əvvəl videokonfrans yolu ilə iştirakçılara müraciət edən R.T.Ərdoğan deyib...

1421985
"Türkiyə yeni normallaşma mərhələsinə keçir", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin korona virusu (Covid-19) böhranını ən az zərərlə böhrandan geridə qoyduğunu vurğulayıb.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Rayon Sədrləri Toplantısından əvvəl videokonfrans yolu ilə iştirakçılara müraciət edən R.T.Ərdoğan deyib: "Ayıq-sayıq olmağa davam edəcəyik. Ən kiçik bir laqeydlik epidemiyanın xortlamasına səbəb ola bilər. Biz gördüyümüz tədbirlər sayəsində iqtisadi, sosial və humanitar problemlərin öhdəsindən gəlmək üçün müvəffəqiyyətli bir idarəetmə nümayiş etdirdik. Türkiyənin epidemiyanı ancaq öz sərhədləri içində məğlub etməsi kifayət deyil, yaxın ölkələrdən ta dünyanın hər yerinə qədər birlikdə rahat nəfəs almalıyıq. Nazirlik və bütün qurumlarımız epidemiyanı tam aradan qaldırmaq üçün çox səy göstərir və tarixi uğurlara imza atırlar. Tibbi maskadan istifadə, sosial məsafə və təmizlik qaydalarına riayət etməklə yeni normallaşma mərhələsinə keçirik. Bir müddət mövcud qaydalarla idarə etməliyik. "



Әlaqәli Xәbәrlәr