Türkiyə Pakistana başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyinin saytında edilən şərhdə bildirilir...

1421957
Türkiyə Pakistana başsağlığı verdi

 

  Türkiyə 22 mayda Kəraçidə meydana gələn təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verdi.

  Türkiyə Xarici İşlər Nazirliyinin saytında edilən şərhdə bildirilir: "Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin Kəraçi şəhərindəki Cinnah Hava Limanı yaxınlığındakı yaşayış sahəsinə düşməsini böyük kədər hissi ilə qarşıladıq. Bu qəzada həyatını itirənlərə Allahdan rəhmət, dost və qardaş Pakistan hökuməti və xalqına başsağlığı diləyirik."

  Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yolları şirkətinin “Airbus 320” tipli təyyarəsi mayın 22-də Kəraçi şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 7 heyət üzvü və 91 sərnişin olub.

  Təyyarə Pəncab əyalətinin Laxor şəhərindən Kəraçi aeroportuna uçurdu.

  Qəza yerinə hərbçilər və xilasedicilər cəlb edilib.



Әlaqәli Xәbәrlәr