XİN: Lozanna müqaviləsi yunan ordusunun müharibə qanunlarına zidd hərəkətlərini sübut edir

Türkiyə Lozanna müqaviləsinin (1923) Anadolunu işğal edən Yunan ordusunun etdiklərinin müharibə qanunlarına zidd olduğunu müəyyən etdiyini bildirdi.

1420241
XİN: Lozanna müqaviləsi yunan ordusunun müharibə qanunlarına zidd hərəkətlərini sübut edir

Türkiyə Lozanna müqaviləsinin (1923) Anadolunu işğal edən yunan ordusunun etdiklərinin müharibə qanunlarına zidd olduğunu müəyyən etdiyini bildirdi.
Xarici İşlər Nazirliyi Yunanıstan Məclisi və səlahiyyətlilər tərəfindən "(Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün Qurtuluş Savaşını başlatdı) 19 May 1919-un ildönümü  bəhanəsilə edilən əsassız və hədyan sözlərlə dolu açıqlamaların" tarixi həqiqətlərlə və 21. əsrin dəyərlərilə üst-üstə düşmədiyi vurğuladı.
Nazirliyin Yunanıstanda mayın 19-da keçirilən bir sıra tədbirlər və edilən açıqlamalarla əlaqədar nazirliyin yazılı açıqlamasında "Qurtuluş müharibəmizin ilk addımının atıldığı 19 May 1919-cu il tarixi, təkcə millətimiz üçün deyil, imperializmə qarşı mübarizə aparan bütün məzlum millətlər üçün də xoşbəxt bir gündür. Belə bir gündə Yunanıstan Məclisi və səlahiyyətlilərinin 19 May 1919-un ildönümü bəhanəsilə edilən əsassız və hədayan dolu sözləri nə tarixi həqiqətlərə, nə də 21-ci əsrin dəyərlərinə uyğun deyil" ifadələri yer alıb.
Yunan ordusunun 15 may 1919-cu ildə İzmiri işğal etdiyi xatırladılan açıqlamada "Bu ağrılı işğal, heç bir əsası olmayan, zülmə səhnə olmuş planlı və rüsvayçı bir işğala çevrilmişdir" deyilib.
Açıqlamada bunlar qeyd edilib: "/.../. Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsi Anadolunu işğal edən Yunan ordusunun etdiyi hərəkətlərin müharibə qanununa zidd olduğunu sübut etdi. Türkiyə Cümhuriyyətinin quruluşundan sonra Yunanıstanın Baş naziri (Eleftherios) Venizelos, 1934-cü ildə Ulu Öndər Mustafa Kamal Atatürkün Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi məsuliyyətsiz siyasətçilər və radikal dairələrin bu gün tarixi tərsdən oxumaq səyinin bir daha sübutudur. İkitərəfli münasibətlərimizdəki problemləri dialoq yolu ilə həll etmək çağırışlarımızı laqeyd yanaşan Yunanıstanın əvvəllər olduğu kimi uzatdığımız dostluq əlini tutması da dünyanın dəyişməsinin düzgün olduğunu qəbul etmək  üçün bir zərurətdir".



Әlaqәli Xәbәrlәr