Türkiyə yandırılan bayraqla əlaqədar Yunanıstana reaksiya verdi

Türkiyə Yunanıstanın paytaxtı Afinada Türk bayrağının yandırılmasını irqçiliq olaraq xarakterizə etdi.

1420140
Türkiyə yandırılan bayraqla əlaqədar Yunanıstana reaksiya verdi

Türkiyə Yunanıstanın paytaxtı Afinada Türk bayrağının yandırılmasını irqçiliq olaraq xarakterizə etdi.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy "İrqçi düşüncədə olanlar hələ də lazımi dərsi almayıblar. Heç kim şanlı bayrağımıza əl uzada bilməz!" ifadəsini işlədib. 
Hami Aksoy "tvitter" üzərindən etdiyi paylaşmada deyib ki, Türkiyə Cümhuriyyətinin banisi Atatürk İzmirin yunan işğalından xilas edilməsindən sonra (1923)  ayağının altına sərilən Yunan bayrağını tapdalamadı. Ordularımız İzmiri geri aldıqda Atatürk ayağının altına sərilən yunan bayrağını "Bu bir millətin şərəfidir" deyə tapdamadı. Aradan yüz il keçdi. İrqçi düşüncələr hələ də lazımi dərsi almayıb. Heç kəs şanlı bayrağımıza əl uzada bilməz".



Әlaqәli Xәbәrlәr