Nazirlәr Kabinetinin yığıncağı Türkiyә prezidentinin sәdrliyi ilә keçirilәcәk

Yığıncaqda epidemiyaya qarşı aparılan mübarizә, atılacaq yeni addımlar vә şәhәrlәrә giriş-çıxış qadağası müzakirә olunacaq.

1419261
Nazirlәr Kabinetinin yığıncağı Türkiyә prezidentinin sәdrliyi ilә keçirilәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  bu gün keçirilәcәk Nazirlәr Kabinetinin yığıncağına sәdrlik edәcәk.

Yığıncaqda epidemiyaya qarşı aparılan mübarizә, atılacaq yeni addımlar vә şәhәrlәrә giriş-çıxış qadağası  müzakirә olunacaq.

Yığıncaqda hәmçinin Ramazan Bayramı müzakirә olunacaq. Ramazan Bayramı mayın 24-dә başlayacaq. Bayram tәtilinin neçә gün olacağı vә ‘‘normal hәyata’’ dönmә mәsәlәsindә atılan addımlardakı son vәziyyәt dә gündәmә gәlәcәk.

 



Әlaqәli Xәbәrlәr