Mehmet Nuri Ersoy: ‘‘Mayın 28-dәn etibarәn daxili turizm bәrpa oluna bilәr’’

Mәdәniyyәt vә turizm naziri Mehmet Nuri Ersoy mayın 28-dәn etibarәn daxili turizmin bәrpa oluna bilәcәyi ilә bağlı açıqlama verib.

1418747

Mehmet Nuri Ersoy Muğlanın Bodrum qәsәbәsindә özәl televiziya kanallarının birinә müsahibә verib.

Yeni növ koronavirusla bağlı bir çox ölkәdә tәdbirlәrin görüldüyünü vurğulayan Ersoy bildirib ki, bir problem olmayacağı tәqdirdә may ayının 28-dәn etibarәn daxili turizm bәrpa oluna bilәr.

Mәdәniyyәt vә turizm naziri hәmçinin qeyd edib ki, Türkiyә  iyun ayının ortalarında xarici turistlәri qәbul etmәyә başlaya bilәr.

Öz ölkәsindә epidemiya ilә bağlı test etdirәnlәrin Türkiyәyә gәlә bilәcәyini ifadә edәn Ersoy test etdirmәyәnlәrin dә hava limanlarında testdәn keçәcәyini bildirib.

Әlaqәli Xәbәrlәr