Türkiyə 31 ölkəyə qapılarını açır

Türkiyə Səhiyyə Nazirliyi mayın 20-dən etibarən 31 ölkədən olan xəstələrin sağlıq turizminə qəbul ediləcəyini bildirib. Bu ölkələr hansılardır?

1418534
Türkiyə 31 ölkəyə qapılarını açır

 

  Türkiyə Səhiyyə Nazirliyi mayın 20-dən etibarən 31 ölkədən olan xəstələrin sağlıq turizminə qəbul ediləcəyini bildirib. Bu ölkələr Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, İraq, Liviya, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosovo, Makedoniya, Albaniya, Bosniya Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan və Qıbrız - Şimali Kipr Türk Cümhuriyyətidir.

  Ortopediya, travmatologiya, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, urologiya, oftalmologiya, kardiologiya, ürək-damar cərrahiyyəsi, cərrahi onkologiya, ginekoloji onkoloji cərrahiyyə, tibbi onkologiya, radiasiya onkologiyası, nevrocərrahiyyə, hematologiya, reanimasiya və reproduktiv terapiya tətbiqləri, xəstələrə orqan və sümük iliyi nəqli bölümlərinə xarici xəstə qəbul ediləcək.

  Türkiyəyə gələcək xəstələr Beynəlxalq Səhiyyə Xidmətləri Şirkətinin (USHAŞ) xəstə izləmə sistemində qeyd ediləcək və əvvəlcədən təsdiqlənməsi üçün tələb olunan məlumat və sənədlər USHAŞ tərəfindən bildiriləcək.

  Bir xəstə ilə maksimum iki baxıcınin ölkəyə daxil olmasına icazə veriləcək. Xəstələr və baxıcıları (refakatçı) səfər, ölkəyə giriş, transfer və təcrid kimi məsələlərdə müəyyən edilmiş qaydalara riayət etməlidir.

  Hava limanları və sərhəd qapılarında xəstə və baxıcılarına ödəniş müqabilində “Covid-19 PCR” testi ediləcək və ya PCR müayinəsi üçün nümunə götürüləcək.

  Səfərdən əvvəl xəstə və baxıcılarının öz ölkələrində son 48 saat içində edilmiş “Covid-19 PCR” test nəticəsi də qəbul olunacaq.



Әlaqәli Xәbәrlәr