"Türkcə danışdıq, türkcə də danışacağıq", R.T.Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 May Türk Dili Günü münasibətilə təbrik etdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 May Türk Dili Günü münasibətilə təbrik edib. "Twitter”dən paylaşdığı mesajında Ərdoğan yazıb: "Türkcə danışacağıq” dedik. Ölkəmizin maraqları və məzlumların haqlarını türk dilində çatdırdıq. Bundan sonra da haqq və ədalətimizi türkcə danışaraq müdafiə edəcəyik."
Türkiyə bayrağı və “13 May Türk Dili Bayramını təbrik edirəm” başlığı ilə paylaşılan mesaja bir video əlavə olunub. Görüntülərdə Ərdoğanın dünya ölkələri başçılarına türkcə xitabı, onlarla şəkil çəkdirdiyi sırada Türkiyə bayrağını yerdən qaldırması, İstanbul Böyükşəhər bələdiyyə sədri olduğu zaman bir televiziya proqramında ona verilən "Türkiyənin baş naziri olsanız, ölkə başçıları ilə hansı dildə danışmağa üstünlük verərsiniz?" sualına "Türkcə danışacağam" cavabı yer alır.
Әlaqәli Xәbәrlәr

Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətinə işgüzar səfər edib
Bu barədə Mövlud Çavuşoğlu rəsmi internet səhifəsində paylaşım edib.

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 297 ölüm faktı qeydə alınıb.