"Bizi oyundan uzaqlaşdırmaq istəyənlər indi kənarda qaldılar", F.Dönmez

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez açıqlama verərək Türkiyənin həm Şərqi Aralıq dənizində, həm də iyul ayından Qaradənizdə ilk dəfə milli qazma gəmisi “Fatih”in işə başlayacağını söyləyib

1417295
"Bizi oyundan uzaqlaşdırmaq istəyənlər indi kənarda qaldılar", F.Dönmez

 

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez açıqlama verərək Türkiyənin həm Şərqi Aralıq dənizində, həm də iyul ayından Qaradənizdə ilk dəfə milli qazma gəmisi “Fatih”in işə başlayacağını söyləyib.

  Türkiyə Enerji Zirvə videotoplantısında təxminən 600 iştirakçı ilə bir araya gələn F.Dönmez yığıncaqdan sonra şərh verərək deyib: “Şərqi Aralıq dənizində bir çox ölkə Türkiyəni əvvəldən balansdan kənarlaşdırmağa çalışdı. Amma bizi oyundan uzaqlaşdırmaq istəyənlər indi özləri kənarda qaldı. Böhranı bəhanə edib oradan geri çəkildilər. Amma biz çoxdan hər şeyə hazır və iş planımıza sadiqik. Qaradənizdə ilk dəfə “Fatih” dərin qazma gəmimizlə iş başına keçirik. Liviya ilə anlaşma memorandumu bu prosesi artıq başlatdı: Türkiyə (Türkiye Petrolleri Anonim Ortaklığı) tərəfindən bu sahəni araşdırmaq üçün birinci müraciət olundu.”  

  Qeyd edək ki, Türkiyə 2011-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti (Qıbrız) ilə bağladığı Kontinental Məhdudlaşdırma Müqaviləsi və 2019-cu ildə isə Liviya ilə Dəniz Sahəsi Hüquqlarının Məhdudlaşdırılmasına dair Anlaşma Memorandumuna əsasən, Şərqi Aralıq dənizi bölgəsində qazma işləri və seysmik kəşfiyyat işlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr