Türkiyәdә koronavirusdan ölәnlәrin sayı azalıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) epidemiyasına gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalmağa davam edir.

1416831
Türkiyәdә koronavirusdan ölәnlәrin sayı azalıb

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) epidemiyasına  gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalmağa davam edir.

Son 24 saatda 58  nәfәrin dә hәyatını itirmәsi ilә epidemiya sәbәbindәn ölәnlәrin sayı 3952  nәfәrә çatıb. Əldə olunan məlumata əsasən,sutka ərzində 33  min 332  nəfər üzərində müayinə aparılıb. Onlardan 1639  nəfərdə infeksiya aşkarlanıb.

Sağalan 2  min 826  nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  101  min 715  nəfər müalicə olunub.

Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca hazırda epidemiyanın nәzarәt altına alındığını deyib.

Fәxrәddin Koca Elmi Şuranın yığıncağından sonra bәyanatlar verib.

‘‘Epidemiyanı nәzarәt altına aldıq. Sosial hәyatımızı da nәzarәt altına alacağımız tәqdirdә hәr şey gözәl olacaq’’,-deyә Türkiyәnin sәhiyyә naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr