Türkiyәli hәkim ABŞ-da koronavirusdan vәfat edib

Amerika Birlәşmiş Ştatlarının Nyu Cersi ştatında koronavirusa yoluxmuş xәstәlәri müalicә edәn türkiyәli hәkim Halil Sina Zaim ‘‘Covid-19’’dan hәyatını itirib.

1415353

Nyu Cersi ştatının Mountain Lakes şәhәrindә yaşayan 69 yaşlı Zaimin koronavirus epidemiyası ilә bağlı müalicә olunduğu xәstәxanada hәyatını itirdiyi bildirilib.

Mәlumata görә, Zaim Nyu Yorkda dәfn edilib.

1951-ci ildә Türkiyәnin paytaxtı Ankarada  anadan olan Zaim Türkiyә, Kanada, İsveçrә vә ABŞ-da tәhsil alıb.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, Amerika Birlәşmiş Ştatlarında yeni növ koronavirus epidemiyasından  indiyәdәk 23 Türkiyә vәtәndaşı hәyatını itirib.

Әlaqәli Xәbәrlәr