"Epidemiyadan sonra zehinlər yenidən qurma prosesinə girəcək", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ korona virusu (Covid-19) epidemiyasından sonra zehinlərin yenidən qurma prosesinə girəcəyini vurğuladı.

1415966

  Sədri olduğu Ədalət və İnkişaf Partiyası (AK Partiya) Mərkəzi İcraiyyə Komitəsinin (Merkez Yürütme Kurulu  - MYK) “Covid-19” epidemiyasına qarşı görülən tədbirlərlə əlaqədar videokonfrans formatındakı növbəti toplantısında çıxışı zamanı R.T.Ərdoğan deyib: “Epidemiya ilə mübarizəmizi uğurla davam etdiririk. Yeni yoluxma, ölüm, reanimasiyada olan və tənəffüs cihazlarına bağlı xəstə sayı müsbətə doğru gedir. Bu xəstəliyin dünyada kök salmaması üçün ayıq olmağımız vacibdir. Epidemiyadan sonra yalnız qlobal siyasi və iqtisadi əlaqələr deyil, zehinlər də yenidən qurma prosesinə girəcəklər."  

Әlaqәli Xәbәrlәr