Әrdoğan:''Sevgi və fәdakarlığın timsalı olan analarımızı Analar Günü münasibətilə təbrik edirәm''
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Analar Günü münasibәtilә bәyanat verib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Analar Günü münasibәtilә bәyanat verib.
Bu barәdә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib.
Rәcәb Tayyib Әrdoğan bәyanatında bu ifadәlәrә yer verib: ‘‘Sevgi və fәdakarlığın timsalı olan analarımızı Analar Günü münasibətilə təbrik edirəm. Hamımız üçün tәhlükәsiz bir liman olan analarımız başımızın tacıdır. Övladlarının xöşbәxtliyi vә gәlәcәyi üçün özlәrini fәda edәn analarınızın haqlarını heç vaxt odәyә bimәrik. Analarımızın ehtiyaclarını və gözləntilərini ödәmәk vә xoşbәxt olmalarını tәmin etmәk üçün yorulmadan çalışacağıq.Gələcəyimizin vә birliyimizin ən önәmli memarı olan və hər zaman ən böyük hörmətə layiq olan analarımızı Analar Günü münasibәtilә tәbrik edirәm. Dünyasını dәyişәn bütün analarımızı rәhmәt vә hörmәtlә yad edirәm’’.
Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Sentop da bütün anaları Analar Günü münasibәtilә tәbrik edib.
Әlaqәli Xәbәrlәr

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
İraqın şimalında terror tәşkilatı PKK-nın 3 üzvü zәrәsizlәşdirilib.