THY-nin ABŞ-da qalan Türkiyə vətəndaşları üçün xüsusi reysləri

Yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə ABŞ-da qalan Türkiyə vətəndaşları üçün  Türk Hava Yolları tərəfindən Nyu-York, Çikaqo, Hyuston və Mayami şəhərlərindən xüsusi səfərlər reallaşdıracaq.

1413250
THY-nin ABŞ-da qalan Türkiyə vətəndaşları üçün xüsusi reysləri

Yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə ABŞ-da qalan Türkiyə vətəndaşları üçün  Türk Hava Yolları (THY) tərəfindən Nyu-York, Çikaqo, Hyuston və Mayami şəhərlərindən xüsusi səfərlər reallaşdıracaq.
Türkiyənin Vaşinqton Səfirliyindən edilən açıqlamada sözügedən xüsusi səfərlərin 15 mayda Nyu-York və Çikaqodan, 16 mayda Hyustondan və 17 mayda da Mayamidən reallaşdırılacağı ifadə edilib.
Açıqlamada "Covid-19" virusunun əlamətlərini göstərən və ya daha əvvəl "Covid-19" pandemiyası diaqnozu qoyulmuş sərnişinlər uçuşlara qəbul edilə bilməyəcəyi bildirilib.
Həmin səfərlərlə Türkiyəyə gələcək sərnişinlər ölkəyə girişlərindən etibarən 14 gün ərzində karantində qalacaqlar.
ABŞ ilə Türkiyə arasındakı uçuşların 27-28 martda dayandırılması nəticəsində ölkəyə qayıda bilməyən vətəndaşlar üçün 23-24 aprel tarixlərində Vaşinqton, Nyu-York və Los-Ancelesə 3 xüsusi səfər təşkil edilmişdi.



Әlaqәli Xәbәrlәr