Türkiyə İraqın yeni Nazirlər Kabinetini alqışladı

Türkiyə Xarici İşlər Nazirliyi sözügedən mövzu ilə bağlı yazılı açıqlama verib

1412688
Türkiyə İraqın yeni Nazirlər Kabinetini alqışladı

 

  Türkiyə İraqda Mustafa əl-Kazıminin başçılığı ilə Nazirlər Kabinetinin parlamentdən etibar səsi qazanmasını məmnuniyyətlə qarşıladı.

  Türkiyə Xarici İşlər Nazirliyi sözügedən mövzu ilə bağlı yazılı açıqlama verib: "İraq Nümayəndələr Palatasının (parlament) yeni hökumətə etimad səsverməsini alqışlayır və dünyamızın keçdiyi çətin dövrdə böhrandan çıxma məsuliyyətini üzərinə götürən baş nazir Mustafa Kazımiyə uğurlar diləyirik. Yeni Nazirlər Kabinetinin dost və qardaş İraq xalqının qanuni tələblərinə cavab verəcəyinə və bölgədə sabitliyə töhfə verəcəyinə inanırıq. Əvvəlki İraq hökumətləri kimi, Türkiyə yeni hökumətlə də xüsusən təhlükəsizlik, ticarət, investisiya, yenidənqurma və ümumi maraqlara əsaslanan bütün sahələrdə əməkdaşlıq anlayışı ilə işləməyə hazırdır."



Әlaqәli Xәbәrlәr