YTB vasitəsilə Amerikada ehtiyacı olanlara qida və gigiyena məhsulları paylanılıb

YTB-nin yazılı açıqlamasına görə...

1411391
YTB vasitəsilə Amerikada ehtiyacı olanlara qida və gigiyena məhsulları paylanılıb

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) departamentinin dəstəyilə yeni növ korona virusu (Covid-19) xəstəliyinin ən çox təsirləndiyi ölkələrdən biri olan ABŞ-da ehtiyacı olanlara qida və gigiyena məhsulları paylanılıb.

  YTB-nin yazılı açıqlamasına görə, Diaspora “Covid-19” Dəstək və Əməkdaşlıq Proqramı çərçivəsində Nyu York və Nyu Cersi ştatlarında ehtiyacı olan ailələrə yardım edilib.

  Türkiyə Amerika Milli Rəhbər Komitəsi (Turkish American National Steering Committee - TASC) ilə iş birliyi sayəsində yüzlərlə insana yardım edən YTB Amerikada yaşayan Türkiyə vətəndaşları və qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə Ramazan ayında tibbi maska ​​və qida yardımını artırmağı planlaşdırıb.

  Qeyd edək ki, Diaspor “Covid-19” Dəstək və Əməkdaşlıq Proqramının bir hissəsi olaraq korona virusuna qarşı həmrəylik fəaliyyətləri bütün dünyada Türkiyə vətəndaşları və QHT-ləri vasitəsilə icra və davam etməkdədir.

  Ehtiyacı olan ailələrə göstərilən yardımdan əlavə, xaricdə fəaliyyət göstərən Türkiyə qeyri-hökumət təşkilatlarının istehsal etdiyi tibbi maska və xalatlar da fəaliyyət göstərdikləri ölkələrin xəstəxanalarına bağışlanılır.



Әlaqәli Xәbәrlәr