"Türkiyə bu sarsıntılı dövrü geridə buraxma mərhələsindədir", R.T. Ərdoğan

Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğan partiyasının Mərkəzi İcraiyyə Komitəsinin yığıncağından əvvəl gündəmə dair açıqlama verib.

1411302
"Türkiyə bu sarsıntılı dövrü  geridə buraxma mərhələsindədir", R.T. Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Covid-19" tədbirləri ilə əlaqədar verdiyi açıqlamada ölkənin hər baxımdan inkişaf etmiş ölkələrdən daha güclü mövqe ortaya qoyaraq bu sarsıntılı dövrü geridə buraxma mərhələsinə çatdığını söyləyib. 

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan partiyanın Mərkəzi İcra Komitəsinin yığıncağından əvvəl gündəmə dair açıqlama verərək deyib: "Pandemiya prosesinin iqtisadiyyatda yaratdığı təxribatları sürətli şəkildə aradan qaldırmaq və nəhəng addımlar atmalıyıq. İnfeksiya dövründə əldə etdiyimiz uğurların regional və qlobal səviyyədə davam etməsinə səy göstərəcəyik. Türkiyə hər baxımdan inkişaf etmiş ölkələrdən daha güclü mövqe ortaya qoyaraq bu sarsıntılı dövrü geridə buraxmaq mərhələsinə çatmışdır".



Әlaqәli Xәbәrlәr